Saatlı rayonunun Soltanabad kəndində “VAZ” markalı iki minik avtomobil toqquşub.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, qəza nəticəsində hər iki avtomobil yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.