RU

Misirin məşhur kurortunda 7 gənc batıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misirdə 7 tələbə dənizdə batıb.

Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, gənclər İsgəndəriyyənin qərbindəki Əl-Əcəmi bölgəsindəki çimərlikdə boğulublar. Daha 24 nəfər xilas edilib və onlara tibbi yardım göstərilib.

Məlumata görə, 147 tələbədən ibarət qrup təhsil almaq üçün İsgəndəriyyəyə səfər edib.

Çimərlikdə üzməyi qadağan edən qırmızı bayraq qaldırılsa da, gənclərdən biri çimməyə gedib və güclü dalğalar onu aparıb. Bir neçə tələbə yoldaşlarını xilas etmək üçün suya tullanıb, lakin onlar da həlak olublar.

Ölənlərin yaşları 15-21 arasındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
3
oxu.az

4Источники