RU

ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyi qadağan edib

ABŞ administrasiyası Ukraynaya uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirməyi qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ rəsmi dairələrindəki mənbələrə istinadən “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, qadağa təkcə Amerika silahlarına deyil, həm də Britaniyanın "Storm Shadow" raketlərindən istifadəyə də aiddir.

Xəbərdə qeyd olunur ki, Pentaqon aylardır Ukraynaya belə bir qadağa qoyub. Ağ Evin Moskvanı sülh danışıqlarına başlamağa razı salmağa çalışdığı iddia olunur.

Избранный
18
3
bakivaxti.az

4Источники