RU

Kim Çen In Ukraynada həlak olan hərbçilərin xatirəsini anıb

Ayna saytına istinadən ain.az xəbər verir.

Bu, Şimali Koreya əsgərlərinin Moskvanın tərəfində vuruşması və həlak olmasının ilk ictimai təsdiqi olub

Şimali Koreya diktatoru Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan hərbçilərin xatirəsini anma mərasimi keçirib.

AYNA.AZ xəbər verir ki, dövlət xəbər agentliyi KCNA Kim Çen Inın əsgərləri üçün açıq şəkildə yas tutduğunun fotolarını yayıb.

Bu, Şimali Koreya əsgərlərinin Moskvanın tərəfində vuruşması və həlak olmasının ilk ictimai təsdiqi olub.

Koreyalı ekspert Frederik Spohrun sözlərinə görə, belə kadrların dərci Pxenyanın artıq müharibədə iştirakını gizlətmədiyini göstərir.

“Belə kadrlar Rusiyanın təcavüzündə iştirakını qanuniləşdirməli və əhalini yeni qurbanlara hazırlamalıdır”, o “Bild”ə müsahibəsində deyib.

Kim Çen In dəfələrlə Kremlə “şərtsiz” dəstəyini bəyan edib. 2025-ci ilin iyulunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə o Şimali Koreyanın “bütün strateji məsələlərdə Moskvanın mövqeyini bölüşdüyünü” və Rusiyanın Ukraynaya qarşı atacağı istənilən addımı dəstəkləyəcəyini bildirib.

Ukrayna və Cənubi Koreya kəşfiyyatının məlumatına görə, döyüşlərdə 14 minə qədər Şimali Koreya əsgəri iştirak edib. Qərb mediası Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Kim Çen Inın yaxın gələcəkdə Rusiyaya daha 30 min əsgər göndərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
ayna.az

1Источники