RU

Ronaldu futbol tarixində nadir uğura imza atdı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu tarixdə dörd fərqli klubun hər birində və milli komandada 100 qol vuran ilk futbolçu ünvanını qazanıb.

Oxu.Az bu barədə championat.com saytına istinadla xəbər verir.

40 yaşlı forvard Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Əl-Əhli"yə qarşı keçirilən oyunda "Ən-Nəsr"in heyətində 100-cü qolunu vuraraq, bu uğura imza atıb.

Ronaldu "Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Ən-Nəsr"də isə 100 qol vurub.

O, Portuqaliya millisinin heyətində 138 dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
oxu.az

1Источники