RU

AFFA-nın xanım vəzifəli şəxsi "Beşiktaş"ın oyununa təyinat aldı

AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, Mehdiyeva Konfrans Liqasının pley-off mərhələsinin "Beşiktaş" (Türkiyə) -"Lozanna" (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.

Görüş avqustun 28-də İstanbuldakı "Türpaş" stadionunda təşkil ediləcək.

Komandalar arasında İsveçrədə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb. (Fanat.az)

Избранный
113
21
sportinfo.az

10Источники