RU

Qəzzada öldürülən jurnalistlərin sayı 240-a çatıb

Qəzzada öldürülən jurnalistlərin sayı 240-a çatıb

2023-cü ilin oktyabrından Qəzza zolağında ən azı 240 jurnalist öldürülüb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə anklavın media ilə əlaqələr departamenti məlumat yayıb.

"Qəzzada silahlı qarşıdurma başlayandan bəri öldürülən media işçilərinin sayı 240-a çatıb", - deyə departamentin Telegram kanalında dərc olunan bəyanatında bildirilir.

Avqustun 4-də aparıcı qlobal media orqanlarından olan yüzdən çox jurnalist mətbuata heç bir ilkin şərt olmadan Qəzzaya girişin verilməsini tələb edən petisiya imzalayıb. Sənəddə qeyd edilir ki, Fələstin anklavına xarici jurnalistlərin qeyri-məhdud və müstəqil çıxışı təkcə hərbi cinayətlərin qeydə alınması üçün deyil, həm də müharibə edən tərəflərin münaqişə ilə bağlı həqiqəti təhrif etmələrinin qarşısını almaq üçün lazımdır. Bəyanatda həmçinin bildirilir ki, jurnalistlərin tələbləri İsrail rəhbərliyi və Fələstin HƏMAS hərəkatının liderləri tərəfindən məhəl qoyulmasa, media işçiləri hər hansı qanuni vasitələrdən istifadə edərək icazəsiz Qəzzaya girməyə çalışacaqlar.

Избранный
20
afn.az

1Источники