Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo növbəti dəfə futbol tarixinə düşüb.
90deqiqe.Az-ın məlumatına görə, “Əl-Nəsr” klubunun hücumçusu dörd fərqli klub və milli komanda səviyyəsində 100 və daha çox qol vuran ilk oyunçu olub.
40 yaşlı forvard bu nailiyyətə Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Əhli”yə qarşı keçirilən matçda imza atıb. Görüşdə penalti zərbəsini dəqiq yerinə yetirən Ronaldo “Əl-Nəsr” forması ilə 100-cü qolunu vurub.
Kriştiano Ronaldonun indiyədək vurduğu qollar:
Real Madrid – 450 qol
Mançester Yunayted – 145 qol
Yuventus – 101 qol
Əl-Nəsr – 100 qol
Portuqaliya yığması – 138 qol
Bu göstərici ilə Ronaldo dünya futbolu tarixində bənzəri olmayan bir rekorda sahib çıxıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Nəsr” – “Əl-Əhli” oyununun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.