ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Norveç polisi bir Rusiya əsgərinin ölkədən sığınacaq üçün müraciət etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Dagbladet” məlumat yayıb.
Məlumatda bildirilib ki, hərbçi sərhədi qanunsuz keçib.
Əsgər sərhədi keçdikdən dərhal sonra Norveç hökuməti ilə əlaqə saxlamağa çalışıb. Onun vəkili Trond Bitinin sözlərinə görə, həmin şəxs əvvəllər Rusiya ordusunda xidmət edib və Ukraynada döyüşüb.
Hazırda o, hadisənin təfərrüatlarının müəyyən edilməsi üçün Norveç hüquq-mühafizə orqanları tərəfindən dindirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.