AZ

Rusiya əsgəri Norveçə qaçdı

BAKI, 23 avqust. TELEQRAF

Norveç polisi bir Rusiya əsgərinin ölkədən sığınacaq üçün müraciət etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Dagbladet” məlumat yayıb.

Məlumatda bildirilib ki, hərbçi sərhədi qanunsuz keçib.

Əsgər sərhədi keçdikdən dərhal sonra Norveç hökuməti ilə əlaqə saxlamağa çalışıb. Onun vəkili Trond Bitinin sözlərinə görə, həmin şəxs əvvəllər Rusiya ordusunda xidmət edib və Ukraynada döyüşüb.

Hazırda o, hadisənin təfərrüatlarının müəyyən edilməsi üçün Norveç hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr