RU

Tramp Epşteyn işinin fayllarını Konqresə verilməsini dəstəkləyir


ABŞ Prezidenti Donald Tramp uşaqlara təcavüz və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların ABŞ Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim edilməsini dəstəkləyir.
Yeniavaz.com xəbər verir ki,bu barədə Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən qeyd olunan sənədlərin ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinə təhvil verilməsinə başlaması ilə bağlı sualı cavablandıran Tramp deyib:
“Günahsız insanlara zərər dəyməməlidir, lakin mən bu barədə tam açıqlığın tərəfdarıyam. Məni qətiyyən narahat etmir. Mən bu barədə heç nə bilmirəm. Amma mən hamıya - ABŞ-nin baş prokuroru Pem Bondiyə və başqalarına demişəm ki, qanunvericilərə verə biləcəkləri hər şeyi versinlər. Bu materiallarda adı çəkilən, buna layiq olmayan bir çox insan ola bilər”.
Tramp həmçinin Epşteyn işi ilə bağlı bəzi detalların demokratlar tərəfindən siyasi məqsədlər üçün uydurulduğuna əminliyini ifadə edib:
Bütün bu Epşteyn vəziyyəti Demokratların uydurmasıdır”.
Qeyd edək ki, Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi avqustun 5-də ABŞ-nin 42-ci prezidenti Bill Klinton, onun həyat yoldaşı Hillari və ABŞ-nin bir sıra keçmiş nazirlərinin Epşteyn işi ilə bağlı ifadələrini dinləmək istədiyini açıqlayıb. Hazırda respublikaçıların nəzarətində olan komitə ABŞ Ədliyyə Departamentindən avqustun 19-dək Epşteyn işi ilə bağlı məlumatı açıqlamağı xahiş edib. 
Избранный
106
yeniavaz.com

1Источники