RU

Füzulidə yanğın o törədibmiş - saxlanıldı

Avqust ayının 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, araşdırmalarla yanğını  33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
21
21
milli.az

10Источники