RU

İnstaqram “reels” videoları ilə bağlı yenilik etdi – Foto

İnstaqram kontent müəlliflərinin bir neçə “reels” videosunu ardıcıl şəkildə birləşdirə bilməsinə imkan verən yeni funksiyanı istifadəyə verib.

Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, yeni xüsusiyyət həm məzmun hazırlayanlar, həm də izləyicilər üçün prosesi daha rahat edir.

Artıq izləyicilər videonun davamını tapmaq üçün axtarış etmədən və ya əlavə sürüşdürmədən, videonun sol alt küncündə yerləşən düymə vasitəsilə növbəti videoya keçid edə biləcəklər.

İstifadəçilər isə bu funksiyanı “reels” paylaşarkən altyazı bölməsindən və ya öncədən paylaşılan videonun menyusundan aktivləşdirə bilərlər.

Bu yenilik yalnız hekayə paylaşımı üçün deyil, həm də oxşar mövzulu videoların qruplaşdırılması baxımından əlverişli hesab olunur.

Избранный
14
9
tribunainfo.az

10Источники