RU

Kiyev dron hücumuna məruz qalıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Bu gün Rusiya ordusu Kiyevə dronu hücumu edib.

APA xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko özünün “Telegram” kanalında bildirib ki, ilkin məlumatlara görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı paytaxtın Solomensk rayonunda yerə düşüb.

“Yanğın qeydə alınmayıb. Təcili xidmətlər hadisə yerinə göndərilib”, – deyə Kliçko bildirib.

Ukrayna mediasının məlumatına görə, avqustun 23-ü gecədən başlayaraq Rusiya qüvvələri Ukraynaya kamikadze dronlarla genişmiqyaslı hücum təşkil edib. Əsas zərbələr ölkənin şərq və şimal bölgələrinə endirilib. Ukrayna ərazisinə buraxılan 49 müxtəlif tipli drondan 36-sı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
4
apa.az

6Источники