Son günlər kriptovalyuta bazarında dalğalanmalar müşahidə olunur.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (18-22 Avqust, 2025)
FED.az xəbər verir ki, Bitcoin-nin qiyməti dünən 112 min dollar ətrafında dəyişirdisə bu gün artıq 116 768 dollar səviyyəsinə çatıb. Bu isə qısa müddətdə əhəmiyyətli artım deməkdir.
Rəqəmlərə baxsaq, son 1 saatda 2,88%, son 24 saatda 2,48%, həftəlik baxışda isə 1,51% bahalaşma qeydə alınıb. Ən mühüm göstəricilərdən biri isə illik nəticədir. Bitcoin ilin əvvəlindən bu günə qədər +23,9% artım göstərib. Yəni həm qısamüddətli, həm də uzunmüddətli baxışda bazarda müsbət tendensiya davam edir.
Bitcoin-in ümumi bazar dəyəri hazırda 2,30 trilyon dollar təşkil edir. Son 24 saatda Bitcoin-nin alqı-satqı həcmi də kifayət qədər böyükdür – 68,9 milyard dollar. Dövriyyədə olan Bitcoin sayı isə 19,91 milyon BTC-dir.
Qısacası, Bitcoin son günlər enişlərdən çıxaraq yenidən güclü artım yoluna qədəm qoyub. Analitiklərin fikrincə qiymətin 116 min dolları aşması investorlar üçün optimist siqnal hesab olunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.