Geosiyasi gərginliyin azalması kriptovalyuta bazarlarında canlanma yaradıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında sabahkı görüş, eləcə də Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi investorların risk iştahını artırıb.
Belə ki, "Bitcoin"in qiyməti dörd həftənin ən yüksək həddi olan 122 308 dollara yüksəlib, hazırda isə 121 597 dollar səviyyəsindədir. Bu, iyulun ortalarında qeydə alınan 123 500 dollarlıq rekord göstəriciyə yaxınlaşıldığını göstərir.
Digər əsas kriptovalyutalar da bu gün qazanc əldə edib. Ethereum 4346 dollara çatıb, hazırda isə 1,36 faiz artımla 4277,93 dollar səviyyəsindədir.