RU

Mahir Emreli oynadı, komandası məğlub oldu

Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Elversberq"in qonağı olub.

Start heyətində meydanda çıxan Emreli 72-ci dəqiqə əvəzlənib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Kayzerslautern" 3 xalla turnir cədvəlində 13-cü pillədə yer alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
80
2
bizim.media

5Источники