RU

Qırğızıstan dağlarında 11 gün çarəsiz qalan alpinist qadın ərinin öldüyü yerdə vəfat etdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiyalı alpinist Nataliya Naqovitsina Qırğızıstanın Pobeda zirvəsində çarəsiz qaldıqdan 11 gün sonra vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, alpinistin cəsədi yalnız hava şəraiti yaxşılaşdıqdan və helikopterin 7 min metr yüksəklikdə uçuş etməsi mümkün olduqdan sonra götürülə biləcək.

Məlumata görə, Naqovitsinanı xilas etməyə çalışarkən həyatını itirən italiyalının cəsədini götürməli olan qrup isə 4.5 min metr yüksəklikdən geri çağırılıb.

Qeyd olunub ki, rusiyalı alpinist 11 gün ərzində 26 dərəcə şaxtada, yeməksiz və susuz vəziyyətdə "Quş" qayasının altında qalıb. Onun yanında yalnız qaz ocağı, yataq kisəsi və cırılmış çadır olub. Dünən xəbər verilmişdi ki, Naqovitsinanı daha xilas etmək mümkün olmayacaq.

47 yaşlı Nataliya Naqovitsina Pobeda zirvəsindən (7 439 metr) enərkən ayağını sındırıb. Ekspedisiya iştirakçısının sözlərinə görə, eniş zamanı qrup üzvlərindən biri yıxılıb və Naqovitsinanı da özü ilə aparıb. Bu səbəbdən alpinistin ayağı sınıb. Onun üçün 7 200 metr hündürlükdə çadır qurulub, digər iştirakçılar isə gücdən düşdükləri və donmaq üzrə olduqları üçün enməyə davam ediblər.

Yeri gəlmişkən, Naqovitsina təxminən dörd il əvvəl həyat yoldaşını da eyni yüksəklikdə itirib. Onun əri Xan-Tenqri zirvəsində iflic olmuş, Nataliya isə son ana qədər ərinin yanında qalmışdı. Lakin xilasetmə qrupu hadisə yerinə çatanda yalnız qadını təxliyə edə bilmiş, həyat yoldaşını xilas etmək mümkün olmamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
1
oxu.az

2Источники