Norveç milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İsraili qəbul edəcək.
Yenisabah.az xəbər verir ki, İsraillə oyundan əldə edilən gəlir Fələstin xalqına yardım üçün bağışlanacaq.
Bunu Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness bildirib: Dominos pizza
“Nə biz, nə də hər hansı digər təşkilat humanitar böhranla bağlı iztirablara və Qəzzanın mülki əhalisinin uzun müddətdir məruz qaldığı qeyri-mütənasib hücumlara biganə qala bilməz. Əldə olunan gəliri Qəzzada hər gün insanların həyatını xilas edən və ərazidə aktiv təcili yardım göstərən humanitar təşkilata bağışlamaq istəyirik”.
Telegram kanalımız