RU

Yeni Bugatti modelləri üçün dörd illik növbə mövcuddur

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bugatti" ən azı 2029-cu ilə qədər yeni avtomobillər istehsal edəcək. Belə ki, hazırda istehsalçının bu dövrədək sifarişləri mövcuddur.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin dizayn direktoru Frank Heylin "CarBuzz"a məlumat verib.

Onun fikrincə, dörd illik növbə şirkətə sabit mövqe təmin edir.

"Bugatti" tez qazanc əldə etmək üçün riskli layihələrə qoşulmadan öz gələcəyini sakit şəkildə planlaşdıra bilər", - Heylin bildirib.

O əlavə edib ki, şirkətin bu müddət ərzində istehsal edəcəyi modellər arasında hazırda son sınaqdan keçən "Bolide" və "Tourbillon" modelləri də var. Onların müştərilərə təhvil verilməsinə yalnız 2026-cı ildə başlanılacaq. Bu modellər 1800 at gücünə malik V16 mühərrik ilə təchiz edilib və baza dəyəri 4 milyon dollardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
oxu.az

2Источники