Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Karagümrük” doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. İzmir təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.
3-cü turun qalan görüşləri avqustun 23-də, 24-də və 25-də keçiriləcək. Bu turun “Konyaspor” – “Beşiktaş”, “Rizəspor” – “Başakşəhər” və “Samsunspor” – “Kasımpaşa” oyunları təxirə salınıb. Bu, “Beşiktaş”, “Başakşəhər” və “Samsunspor”un avrokubok oyunları ilə əlaqədardır.
Türkiyə, Super Liqa
3-cü tur
22 avqust
Karagümrük – Göztəpə 0:2
Qollar: Olaitan, 40. Janderson, 65.
23 avqust
22:30. Fənərbağça – Kocaelispor
22:30. Qaziantep – Gənclərbirliyi
24 avqust
20:00. Trabzonspor – Antalyaspor
22:30. Kayserispor – Qalatasaray
25 avqust
20:00. Eyüpspor – Alanyaspor