Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Rusiya təkcə öz Arktika zonasında deyil, həm də Alyaskada mayeləşdirilmiş təbii qazın istehsalı sahəsində ABŞ ilə birgə işləmək imkanlarını müzakirə edir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin nüvə sənayesi müəssisələrinin işçiləri və alimləri ilə görüşündə danışıb.
"Bizim bir neçə şirkətimiz var, o cümlədən mayeləşdirilmiş təbii qaz sahəsində fəaliyyət göstərən böyük şirkətlərimizdən biri olan "Novotep". Bu iş bir çox tərəfdaşlarla - həm Avropa, həm də Asiya tərəfdaşları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Yeri gəlmişkən, amerikalı tərəfdaşlarımızla bu sahədə birgə işləmək imkanlarını müzakirə edirik. Təkcə Arktika zonamızda deyil, həm də Alyaskada", - Rusiya lideri qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.