RU

Ukrayna Rusiya ilə müharibənin başlanğıcından bəri Aİ-dən 170 mlrd. avroya yaxın vəsait alıb

Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibənin başlanğıcından bəri (2022-ci ilin fevralından – red.) Ukraynaya 168,9 milyard avro ayırıb.

Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

“Avropa İttifaqı və onun üzv ölkələrindən ümumi yardım məbləği 168,9 milyard avro təşkil edib”, – məlumatda qeyd olunub.

Aİ ölkələri silah alınmasına 59,6 milyard avro xərcləyib ki, bu da həm ikitərəfli tədarükləri, həm də Avropa Sülh Fondu vasitəsilə alışları əhatə edir.

MənbəREPORT
Избранный
5
1
banker.az

2Источники