Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibənin başlanğıcından bəri (2022-ci ilin fevralından – red.) Ukraynaya 168,9 milyard avro ayırıb.
Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
“Avropa İttifaqı və onun üzv ölkələrindən ümumi yardım məbləği 168,9 milyard avro təşkil edib”, – məlumatda qeyd olunub.
Aİ ölkələri silah alınmasına 59,6 milyard avro xərcləyib ki, bu da həm ikitərəfli tədarükləri, həm də Avropa Sülh Fondu vasitəsilə alışları əhatə edir.
MənbəREPORT