RU

1276-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1276-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 78 990 PUA-sı, 625 zenit-raket kompleksi, 24 717 tank və digər zirehli texnikası, 1 588 reaktiv yaylım atəş sistemi, 28 809 artilleriya və minaatanı, 40 158 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
17
49
axar.az

10Источники