“Neftçi”  Edvard Polaytla müqavilə yeniləyib.

Offsideplus.az xəbər verir ki, ABŞ-dan olan basketbolçu daha bir mövsüm "ağ-qaralar"ın uğurları üçün çalışacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

E. Polayt ötən yaydan Bakı təmsilçisində çıxış edir.

Qeyd edək ki, "Neftçi" ötən gün kapitanı Amil Həmzəyevlə də sözləşməni uzatmışdı.