“Viktor, eşitdiklərim xoşum gəlmir. Buna çox qəzəbləndim”,- Rusiya neftini Macarıstan və Slovakiyaya daşıyan boru kəməri infrastrukturuna hücumla bağlı Orbanın məktubuna əlyazma ilə verdiyi cavabda ABŞ prezidenti vurğulayıb.
Balaj Orban sosial şəbəkədə Ağ Evdən Macarıstanın baş nazirliyinə daxil olan məktubun fotosurətini yayıb.

![]() |
Ukrayna yenə “Dostluq” neft kəmərini vurub| VİDEO |
Daha sonra Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz gecə saatlarında kütləvi hücumdan sonra Uneçka rayonunda yanacaq infrastrukturu obyektində yanğın baş verdiyini açıqlayıb.
Xatırladaq ki, obyekt ilk dəfə avqustun 13-də vurulub və avqustun 18-də Macarıstan ikinci zərbədən sonra Rusiyadan neft tədarükünün yenidəndayandırıldığını elan etmişdi.
Bu gecəUkraynaya məxsus PUA-lar “Dostluq” neft boru kəmərinin Rusiyanın Bryansk vilayətindəki nasos stansiyasına yeni zərbələr endirib.
Sahil İsgəndərov
AzVision.az