RU

Könüllülər üçün yay proqramında fərdi inkişaf və ünsiyyət bacarıqları öyrədilir - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün Yay Təcrübə Proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.

QHT.az xəbər verir ki, proqram çərçivəsində keçirilən növbəti görüşdə iştirakçılar üçün “Müsahibələr zamanı namizədin şəxsiyyət tipinin təhlili” mövzusunda təlim təşkil olunub. Təlim zamanı iştirakçıların müxtəlif şəxsiyyət tipləri, onların əsas xüsusiyyətləri və fərqli xarakterə malik insanlarla effektiv ünsiyyət qurma yolları izah edilib və müxtəlif buzqıran oyunlar təşkil olunub.

Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə - idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.

Избранный
43
qht.az

1Источники