RU

Zelenski sammit üçün Türkiyəyə işarə edib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər son günlər əhəmiyyətli sürət qazandığı bi vaxtda, İstanbul yenidən Avropa və Ukraynanın yekun sülh yolunda vacib hesab etdiyi Putin-Zelenski sammitinin gündəminə gəlib.

Bizimyol.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya lideri Vladimir Putinlə görüşəcəyi yerlər kimi Türkiyə, Avstriya və İsveçrənin ola biləcəyinə işarə edib.

Putinlə danışığa hazır olduğunu təkrarlayan Zelenski bildirib ki, Qərb bu mərhələdən əvvəl Ukraynaya yekun təhlükəsizlik zəmanəti verməlidir.

Moskvanın ritorikasının əksinə olaraq, Ukrayna lideri bəyan edib ki, Çin və Rusiya bu təhlükəsizlik sazişlərində zəmanətçi ola bilməzlər. O, Vaşinqtonun Kiyevə tətbiq etməyə çalışdığı “torpaq üçün sülh” formuluna qarşı olduğunu və istənilən potensial sülh razılaşmasının cəbhə xəttinə əsaslanmalı olduğunu təkrarlayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrovun isə açıqlamalarında Kiyevlə Moskvanın tələbləri arasında uyğunsuzluğun olduğunu qeyd edib. Rusiya və Çinin tərəfdar olmadığı ssenaridə Ukrayna üçün təhlükəsizlik zəmanətini qəbul etməyəcəklərini ifadə edən Lavrov, Rusiyanın bu məsələdə güzəştə getməyəcəyinə eyham vurub və Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrinin Rusiya konstitusiyasına daxil edildiyinə işarə edib. Zelenskinin səlahiyyət müddətinin başa çatdığını qeyd edən Lavrov, Rusiyanın “necə və kiminlə” potensial müqavilə imzalayacağının bəlli olmadığını bildirib.

Bu arada, Rusiya hərbçiləri ötən gecə 600 pilotsuz təyyarə və raketlə Ukraynaya hücum edib. Ukraynanın Polşa və Macarıstanla sərhədlərinə yaxın ərazilər hədəfə alınıb və strateji hədəfin Ukraynanın yeni istehsal etdiyi, 3000 km mənzilli “Flamingo” raketinin fabrikləri olduğu iddia edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
bizimyol.info

1Источники