RU

Fələstinli döyüşçülər tərksilah olunur

Livandakı Fələstin qruplaşmaları silahlarını hakimiyyətə təhvil verməyə başlayıb.

Heftelik.az  xəbər verir ki, bu barədə Livanın LBC telekanalı məlumat yayıb.

“Livan Beyrutdakı Burj-əl-Bərəcnə düşərgəsindən başlayaraq fələstinli qaçqınlardan silahların müsadirə edilməsi prosesinin birinci mərhələsinə başlayır”, – Livan-Fələstin Dialoq Komitəsinin rəhbəri Ramez Dimaşkie deyib.

“Bu addım 2025-ci il mayın 21-də Livan Prezidenti Jozef Aun və Fələstin Muxtariyyətinin sədri Mahmud Abbasın Livanın suverenliyini, dövlət hakimiyyətini və silahlar üzərində müstəsna nəzarət prinsipini təsdiqlədikləri Livan-Fələstin sammitinin nəticələrinin bir hissəsidir”, – telekanal bildirib.

Dimaşkie əlavə edib ki, bu addım həm də Livan-Fələstin Dialoq Komitəsinin mayın 23-də baş tutan birgə iclasının nəticələrinə uyğundur. ABŞ-nin Türkiyədəki səfiri Tom Barak tərəflər arasında əldə olunan razılaşmanı alqışladığını deyib.

Избранный
17
3
heftelik.az

4Источники