Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, avqustun 25-də keçiriləcək toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.
İclasda H.Fidanın Qəzzada atəşkəsin əldə olunması, eləcə də inkişafı üçün müəyyən təşəbbüslər irəli sürəcəyi gözlənilir.