RU

Hakan Fidan İƏT 21-ci Fövqəladə XİNŞ iclasına sədr olacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası iclasına, Türkiyənin İƏT XİNŞ Dövrü Sədrliyi çərçivəsində sədrlik edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.

Hakan Fidan 25 avqust tarixində Ciddədə baş tutacaq İƏT 21-ci Fövqəladə XİNŞ iclasına sədr olacaq.

Toplantıda Fidanın İsrailin Qəzzanı tamamilə işğal etməyə, iki dövlətli həlli mümkünsüz etməyə və Fələstin xalqını öz torpaqlarından qovmağa yönəlmiş siyasətlərinin qəbuledilməz olduğunu, Qəzzada dərhal atəşkəs elan olunmasının, mülki əhalinin qorunması və humanitar yardımların fasiləsiz çatdırılması baxımından həyati əhəmiyyət daşıdığını, İsrailin isə bu istiqamətdə aparılan atəşkəs səylərini sabotaj etməyə davam etdiyini vurğulaması gözlənilir. 

Eyni zamanda, beynəlxalq ictimaiyyətin buna icazə verməməsi və İsrailə təzyiqləri artırmasının vacibliyini qeyd edəcəyi bildirilir.

Bundan əlavə, Fidanın İsrailin Qəzzanı fələstinsizləşdirmə siyasətinə göz yumulmamalı olduğunu, iki dövlətli həll əsasında Fələstin dövlətinin qurulmasının ədalətli və davamlı sülhün yeganə yolu olduğunu və Türkiyənin Qəzzanın yenidən qurulması ilə bağlı İƏT-Ərəb Liqası planına güclü dəstəyini davam etdirdiyini ifadə etməsi gözlənilir.

Избранный
131
1
operativmm.az

2Источники