RU

Minnixanov Moskvanın qərarına qarşı: "Bu nə axmaqlıqdır?"

Hurriyyet.az xəbər verir ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov rus dilini bilməyən miqrant uşaqların məktəbə getməsinə icazə verilməməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, istənilən uşaq üç-dörd ay ərzində dili öyrənə bilir.

Minnixanov deyib: "İşləmək lazımdır. Uşaqları məktəbə necə buraxmaya bilərsiniz? Bəs uşaq harada olmalıdır? Dili bilməməsi onun günahıdırmı?Bilmirsə, öyrənəcək. İstənilən uşaq üç-dörd aya istənilən dili öyrənə bilər. Qorxulu heç nə yoxdur. Bu nə axmaqlıqdır? Axı, uşağın nə günahı var?"

Qeyd edək ki, 2024-cü ilin dekabrında RF Dövlət Duması rus dilini bilməyən miqrantların uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun qəbul edib. 

Hürr Tərcüman

 

Избранный
25
1
hurriyyet.az

2Источники