RU

Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarına təyinat aldı

Futzal üzrə azərbaycanlı FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

Demokrat.az Teleqraf.az-a istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 27-də keçiriləcək "Viten Orşa" (Bolqarıstan) - "Europa" (Cəbəllütariq) görüşündə üçüncü, həmin gün baş tutacaq "Veilimdorf" (Almaniya) - "Levski" (Bolqarıstan) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Ə.Cəbrayılov ertəsi gün keçiriləcək "Veilimdorf" - "Viten Orşa" matçına birinci hakim kimi təyinat alıb.

Избранный
44
15
demokrat.az

10Источники