RU

Kreml Paşinyanla sərt danışdı: Zəngəzur dəhlizinə görə

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk avqustun 20-də Ermənistana səfəri zamanı Baş nazir Nikol Paşinyanla “sərt söhbət” edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak”qəzeti yazır.

Nəşrin hökumətdəki mənbələrinə istinadən yazdığına görə, rəsmi Tehran kimi Moskva da Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı İrəvanın təminatlarına inanmır.

“Paşinyana deyilib ki, Ermənistan gömrük orqanları yeni nəqliyyat marşrutlarına nəzarəti təmin etməsələr, ölkə Aİİ çərçivəsində ciddi problemlərlə üzləşə bilər”, - qəzetin mənbələri qeyd edib.

Nəşrin məlumatına görə, söhbət Zəngəzur dəhlizindən (“Tramp marşrutu”)gedir.

Mənbələrin bildirdiyinə görə, ABŞ bu yolu daha da uzadılmaq imkanı ilə 99 il müddətinə icarəyə götürmək hüququnu alıb.

“Hraparak” yazır ki, İrəvan nəzarət funksiyalarını yerinə yetirməsə, bu, Aİİ-nin fundamental prinsiplərinin pozulması olacaq.

“Paşinyan seçim qarşısındadır: ya Ermənistan təşkilatı təkbaşına tərk edəcək, ya da öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi halda, sanksiyalar və sonradan ittifaqdan kənarlaşdırılma riski ilə üzləşəcək”, – qəzetin mənbələri iddia edirlər.

Избранный
64
cebheinfo.az

1Источники