RU

Kim Çen In Rusiyada döyüşənləri təltif etdi – Fotolar


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In “xarici hərbi əməliyyat”da fərqlənmiş komandirlər və əsgərlər, həmçinin həlak olan hərbçiləri yüksək dövlət mükafatları ilə təltif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, mərasim Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin qərargahında keçirilib. Tədbirdə həlak olan hərbçilərin ailə üzvləri iştirak ediblər.
Məlumata görə, mərasimdə KXDR Qəhrəmanı adının, orden və medalların verilməsi haqqında fərman elan olunub. Kim Çen In şəxsən mükafatları təqdim edərək, Şimali Koreya əsgərlərinin “əməliyyat zonasında göstərdikləri şücaət və fədakarlığı” yüksək qiymətləndirib. O bildirib ki, Koreya Xalq Ordusu 70 illik tarixində ən ağır sınaqlardan birini uğurla geridə qoyub.
KCNA xəbər verir ki, bu cür mərasim ilk dəfə keçirilib. Kim Çen In çıxışında xaricdəki əməliyyat zonasında həlak olanların xatirəsini ehtiramla yad edib və onların döyüş ruhunun bütün ordu üçün örnək olduğunu vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin aprelində Şimali Koreya ilk dəfə olaraq Rusiyaya qoşun göndərdiyini rəsmi şəkildə təsdiqləyib. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov həmin vaxt Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində KXDR bölmələrinin də iştirak etdiyini prezident Vladimir Putinə məruzə edib.

Murad Məmmədov






Избранный
15
5
yeniavaz.com

10Источники