AZ

Kim Çen Ukrayna savaşında ölən əsgərlərinə görə ürəyinin ağrıdığını dedi (FOTO)

Şimali Koreya lideri Kim Çen In Rusiyanın tərəfində Ukrayna müharibəsində iştirak etmiş şimali koreyalı hərbçiləri mükafatlandırıb. O, Ukraynaya qarşı müharibədə Rusiya üçün döyüşərkən həlak olan hərbçilərə emosional ehtiramını ifadə edərək, hərbi itkilərlə bağlı nadir etirafında "ürəyinin ağrıdığını” deyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNA informasiya agentliyi məlumat yayıb.

Mükafatlandırma mərasimində Kursk əməliyyatında iştirak etmiş komandirlər və döyüşçülər, həmçinin həlak olmuş əsgərlərin ailə üzvləri iştirak ediblər.

Məlumata görə, Kim mərasimdə "igid” şimali koreya hərbçilərini yüksək qiymətləndirib.

"Xaricdəki əməliyyat bölmələrinin döyüş fəaliyyəti heç bir tərəddüd olmadan qəhrəman ordunun gücünü sübut etdi”, – deyə o bildirib və əlavə edib ki, "Kursk vilayətinin azad olunması qəhrəmanların döyüş ruhudur”.

Kim həmçinin xaricdə həlak olmuş əsgərlərin xatirə divarına gül dəstəsi qoyub. Təltif edilən hərbçilər üçün konsert təşkil olunub, Rusiyadan qayıdan əsgərlər və həlak olanların ailələri üçün ziyafət verilib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov yaxın vaxtlarda Şimali Koreyanın Rusiyaya əlavə qoşun göndərməyi planlaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, söhbət təxminən 6000 hərbçidən gedir. Bundan əlavə, KXDR-in Rusiyaya 50–100 ədəd hərbi texnika – əsas döyüş tankları və zirehli transportyorlar – gətirməsi nəzərdə tutulur.

Eyni zamanda "Wall Street Journal” yazmışdı ki, Kim Çen Inin yüksək rütbəli hərbi zabitləri Rusiyadakı döyüşlərdən sonra Şimali Koreyaya qayıdıb. Ekspertlərin fikrincə, bu, KXDR-in müharibədəki rolunun tədricən arxa plana keçdiyini və Ukrayna üzrə mümkün sülh danışıqlarında təsirinin zəifləməsini göstərə bilər.

Qaynarinfo.az

Seçilən
8
1
hurriyyet.az

10Mənbələr