Ajans.az xəbər verir ki, aktrisa həmkarının müalicə aldığını bildirən K.Əliyeva paylaşımında ona şəfa diləyib: “Müalicə aldığı sanatoriyada yanına getdim. Müalicəsi yaxşı gedir”. F.Mahmudovaözü Teleqraf-a açıqlamasında qolunun hərəkətinin hələ də bərpa edilmədiyini deyib:“Səhhətim yaxşı deyil, evdə müalicəm davam edir. Müalicə üçün sanatoriyaya getmişdim. Qolumun masajları davam edir”. Qeyd edək ki, 70 yaşlı F.Mahmudova 2 dəfə insult keçirib. Bu yaxınlarda isə onun qolu sınmışdı.