AZ

“Səhhətim yaxşı deyil...” - FOTOLAR

Əməkdar artist Kübra Əliyeva Xalq artisti Fatma Mahmudovanın görüntülərini paylaşıb.

"Cebheinfo.az" xəbər verir ki, aktrisa həmkarının müalicə aldığını bildirən K.Əliyeva paylaşımında ona şəfa diləyib:

“Müalicə aldığı sanatoriyada yanına getdim. Müalicəsi yaxşı gedir”.

F.Mahmudova özü Teleqraf-a açıqlamasında qolunun hərəkətinin hələ də bərpa edilmədiyini deyib:

“Səhhətim yaxşı deyil, evdə müalicəm davam edir. Müalicə üçün sanatoriyaya getmişdim. Qolumun masajları davam edir”.

Qeyd edək ki, 70 yaşlı F.Mahmudova 2 dəfə insult keçirib. Bu yaxınlarda isə onun qolu sınmışdı. 


"Cebheinfo.az" 

Seçilən
5
5
cebheinfo.az

6Mənbələr