RU

Ruzanna Məmmədova dünya ikincisi oldu

Ruzanna

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.Ulusum.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb. Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.

Diqqət Çəkənlər

ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində

Sumqayıtda qazilər arasında - Silahlı İnsident

Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi

Избранный
32
14
ulusum.az

10Источники