Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dünən Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı açarları təhvil verdiyi 20 ailə Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Kəlbəcər şəhərinin birinci yaşayış kompleksi 201 mənzildən ibarət olacaq:
"Burada 2, 3, 4 otaqlı mənzillərin inşası nəzərdə tutulub. Təməli qoyulan 3 və 4-cü yaşayış komplekslərində çoxmənzilli binalar olacaq. Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksinin şəhərdəki ən böyük yaşayış məhəllələrindən biri olması nəzərdə tutulur".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.