Malayziyanın Pahanq əyalətində hərbi təyyarə havada alovlanaraq yerə çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə Malayziya Hərbi Hava Qüvvələri bəyanat yayıb.
Bildirilib ki, “F/A-18D Hornet” hərbi təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra alovlanıb.
Təyyarədəki pilotlar yanacaq boşaltma sistemi ilə xilas olublar.