RU

Kəlbəcərə köçürülən 20 ailə şəhərin 1-ci yaşayış kompleksində məskunlaşıb

Dünən Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı açarları təhvil verdiyi 20 ailə Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıb.

“Report”un Qərb bürosu xəbər verir ki, Kəlbəcər rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva jurnalsitlərə açıqlamasında deyib.

O qeyd edib ki, birinci yaşayış kompleksi 201 mənzildən ibarət olacaq:

"Burada 2, 3, 4 otaqlı mənziillərin inşası nəzərdə tutulub. Təməli qoyulan 3 və 4-cü yaşayış komplekslərində çoxmənzilli binalar olacaq. Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksinin şəhərdəki ən böyük yaşayış məhəllələrindən biri olması nəzərdə tutulur".

Избранный
18
5
report.az

9Источники