RU

Lənkəranda ağır yol qəzası baş verdi, sürücü FHN tərəfindən xilas edildi

LƏNKƏRAN, 22 avqust. TELEQRAF

Lənkəranda ağır yol qəzası baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza gecə saat 3 radələrində şəhərin “Qalayçılar” deyilən ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə hərəkətdə olarkən, mişar daşı ilə yüklənmiş “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Zərbə nəticəsində V.Abıyev ağır xəsarət alaraq avtomobildə sıxılıb qalıb. Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Onlar xüsusi avadanlıqlar vasitəsilə sürücünü nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
35
4
teleqraf.com

8Источники