RU

Biləcəridə 2 saat işıq olmayacaq - XƏBƏRDARLIQ


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 22-də 35/6 kV-luq 89 saylı yarımstansiyada yeni transformator şəbəkəyə qoşulacaq. 94 saylı yarımstansiyada isə yeni güc mənbəyi quraşdırılacaq.

“Azərişıq” ASC-nin məlumatında deyilir ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Binəqədi Şosesi, “Zəngəzur” obyektinin ətrafında olan yaşayış massivlərində, saat 11:00-dan 14:00-dək Vulkan dağı ətrafında yerləşən yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mətləb

Избранный
37
12
baki-xeber.com

10Источники