Bu gün saat 11:00-dan 13:00-dək Binəqədi Şosesi, "Zəngəzur" obyektinin ətrafında olan yaşayış masivlərində, saat 11:00-dan 14:00-dək isə Vulkan dağı ətrafında yerləşən yeni yaşayış masivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq" ASC-dən Moderator.az-a verilən məlumata görə, buna səbəb elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 89 saylı yarımstansiyada yeni transformatorun şəbəkəyə qoşulmasıdır.
Bildirilib ki, 94 saylı yarımstansiyada isə yeni güc mənbəyi quraşdırılacaq. Gücləndirmə işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.