RU

Tramp gecə Vaşinqton küçələrində patrul çəkəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, başladığı cinayətlə mübarizə çərçivəsində cümə günü axşam Amerika paytaxtının küçələrində şəxsən patrul çəkəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, radioaparıcı Todd Starnsa müsahibəsində deyib.

“Mən bu axşam küçələrdə olacağam. Təbii ki, polis və hərbçilərlə bərabər”, - ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, Tramp avqustun 11-də cinayətkarlıqla mübarizə üçün paytaxta ABŞ Milli Qvardiya hərbçilərinin göndərildiyini elan etmişdi.

Избранный
14
10
qafqazinfo.az

10Источники