RU

Xıdırlı sakini: Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi Prezidentimiz var

Dövlət başçımıza təşəkkürümüzü bildirir, uzun ömür arzulayırıq. Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi Prezidentimiz var.

“Report” xəbər verir ki, bunları Ağdamın Xıdırlı kənd sakini, keçmiş məcburi köçkün Şahin Baxşəliyev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, avqustun 22-si əlamətdar gündür: “Tarixi gündür. Çünki doğulub boya-başa çatdığımız kəndə köçürük.

Kəndi məcburi tərk edəndə 28 yaşım vardı, indi, 68 yaşımda doğma torpağıma qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirik”.

O, bildirib ki, Xıdırlı kəndinə qayıdacağı günü illərdir gözləyirmiş: “Belə ölkədə yaşadığıma görə özümü xoşbəxt sayıram”.

Qeyd edək ki, Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə 68 ailə - 252 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Избранный
18
2
report.az

10Источники