AZ

Ağdamın Xıdırlı kəndinə daha 68 ailə yola salındı

Ajans.az xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Xıdırlı kəndinə 68 ailə - 252 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Seçilən
18
18
Ajans.az

10Mənbələr