RU

İsveçdə yeni nüvə reaktorların tikilməsi planlaşdırılır

ain.az bildirir, Azertag portalına istinadən.

Stokholm, 22 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin Baş naziri Ulf Kristersson “Vattenfall” enerji şirkətinin kiçik modul reaktorlarının inkişaf etdirilməsi layihəsinə dövlət sərmayəsinin qoyulduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu, ölkədə son 50 ildə atom enerjisi sahəsində ilk tikinti layihəsi olacaq.

Layihə 2500 meqavata yüksəltmək imkanı ilə 1500 meqavat gücü nəzərdə tutur, bu da iki böyük ənənəvi reaktora bərabərdir. “Vattenfall” iki texnologiya təchizatçısı - Amerikanın “GE Vernova” və Britaniyanın “Rolls-Royce” ilə işə davam edəcək. Son seçim Verö yarımadasında tikintinin planlaşdırma mərhələsində ediləcək.

Kristerssonun sözlərinə görə, qərar həm şirkətin biznes strategiyasını, həm də nüvə enerjisini inkişaf etdirməyə siyasi iradəsini əks etdirir. Baş nazir layihəyə İsveç sənayesinin nümayəndələrinin də qoşula biləcəyini vurğulayıb.

Energetika naziri Ebba Buş bildirib ki, bu, İsveçin nüvə enerjisi tarixində növbəti böyük addım və ölkənin yeni nüvə texnologiyalarının inkişafı naminə qlobal yarışa verdiyi töhfədir.

İsveçdə hazırda altı reaktor fəaliyyət göstərir. Əvvəllər 12-yə qədər reaktor işləyirdi, lakin onların bir hissəsi siyasi və iqtisadi səbəblərə görə bağlanıb.

Hökumət 2035-ci ilə qədər iki, 2045-ci ilə qədər isə on yeni reaktorun ekvivalentini tikməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
2
azertag.az

3Источники